15 Yanvar 2022 13:15
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonu Binə qəsəbəsi ərazisində 55-60 yaşlarında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlar və barəsində məlumatı olanlar DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) - 590-72-03, (012)- 456-03-02, (070) – 403-03-03 və (050) – 275-55-55 və (050) -679-26-11 telefon nömrələrinə zəng vuraraq məlumat verə bilərlər.


Müəllif: Teleqraf.com