Milli Məclisdəki çıxışı zamanı millət vəkili Məlahət İbrahimqızı Dağlıq Qarabağın Azərbaycanın ən ağrılı problemi olduğunu bəyan edib.
O bildirib ki, bununla bağlı da ölkəmiz, dövlət başçısı İlham Əliyev, həmçinin, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyeva, eləcə də parlament böyük işlər görür:
“Bu məsələdə böyük çətinliklər yaşayanlardan biri də Xocalı sakinləri idi. Xocalıda 25 nəfər uşaq var ki, onlar hər iki valideynlərini itirib. Həmin uşaqlardan 14-ü evlə təmin olunub, 15-16 nəfər isə evsizdir. Çox istərdik ki, onlar da evlə təmin olunsun”.
Nemət