Şəmkir rayon polis şöbəsinin əməkdaşları xidmət aparan zaman rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalırna zidd olaraq əməkdaşlarının və bir neçə müştərinin müvafiq COVID-19 pasportlarının olmadan fəaliyyət göstərməsini aşkarlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Polis əməkdaşları dərhal obyekt barəsində qanuna müvafiq tədbir görüb.
Obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında, orada işləyən və müştərilər barəsində isə eyni maddənin tələbi ilə 200 manat miqdarında cərimə edilib.