18 Yanvar 2022 10:04
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gənc qız itkin düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 17-də Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Mehri Qurbanlı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Hazırda onun tapılması istiqamətində müvafiq tədbirləri görülməklə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com