24 Yanvar 2022 10:25
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ötən il 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.

O qeyd ki, bu hadisə ilə bağlı 81 cinayət işi açılıb, 6 nəfər iş üzrə təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib, 5-nin işi isə məhkəməyə göndərilib.

Baş prokuror əlavə edib ki, ötən il qəsdən adam öldürməyə cəhdlə bağlı 156 cinayət hadisəsi baş verib: “Həmin cinayətlərin 155-i açılıb, yalnız bir iş açılmamış olaraq qalıb. Həmin cinayət Abşeron rayonunda qeydə alınıb”.

Qeyd edilib ki, ötən il Azərbaycanda 21 zorlama və zorlamaya cəhd hadisəsi qeydə alınıb.

2021-ci ildə belə cinayətlərin sayı azalıb. 2020-ci ildə Azərbaycanda 26 zorlama və zorlamağa cəhd hadisəsi qeydə alınıb


Müəllif: Hacı Zeynalov