24 Yanvar 2022 12:46
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr möhkəmləndirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında bildirilib.

Rusiya , Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan Baş prokurorluqları, Belarus İstintaq Komitəsi ilə ikitərəfli əməkdaşlıq sənədləri imzalanmış, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş Prokurorları Şurasının ilk iclası Bakıda keçirilməklə Şura təsis olunub.

Qurumun xarici tərəfdaşlarla səmərəli əməkdaşlığının təzahürü olaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilməklə xaricdə gizlənən 32 şəxs tutularaq ölkəmizə ekstradisiya edilib.


Müəllif: Hacı Zeynalov