27 Yanvar 2022 13:30
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 26-sı saat 07 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində baş verib.

Paytaxt sakini V.Zeynalov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Teymur Verdiyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov