Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində yerləşən fermada olub.
Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Elnur Əkbərov çoban kimi işlədiyi fermada onunla birlikdə çalışan, 1987-ci il təvəllüdlü Elçin Süleymanovla mübahisə edib.
Mübahisə zamanı Elnur Elçinin qarın nahiyyəsindən bir dəfə bıçaq zərbəsi vurub.
Daha sonra yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.
Elçinin vəziyyətinin orta-ağır olduğu deyilir.
Faktla bağlı cinayət işi başlanıb.