31 Yanvar 2022 10:19
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, yanvarın 29-da paytaxtın Nəsimi rayonu ərazisindəki bazarda bir nəfər oradakı satıcı qadının əlindən 140 manat pulunu alıb.

Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının çevikliyi və opertaivliyi nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən həmin şəxs saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş R.Mustafayev olduğu müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov