Bakıda bir neçə nəfərə qarşı dələduzluqda təqsirli bilinən 1989-cu il təvəllüdlü Nuran Səməndərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Nuranə Səməndərova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Nuran Səməndərova özünü Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edərək banklardan küllü miqdarda pul götürüb.
Həmçinin telefon dükanlarından da xeyli sayda bahalı telefonlar götürüb, amma pullarını ödəməyib.
Cinayət işində 4 nəfər zərərçəkən qismində tanınıb.
Onlardan biri də Beynəlxalq Bankın sədr müavini Qədimov Emil Rəc oğludur.