3 Fevral 2022 12:23
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 sentyabr 2021-ci ildə Cəlilabad rayonu, Sərhədabad kənd sakinləri Mirseyidəli Əliyev və qohumu Miralmas Əliyevin öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İmişli rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Teleqraf.com-a Cəlilabad rayon Prokurorluğundan bildirilib.

Aparılmış istintaqla, zərərçəkmişlərin həmkəndlisi 2003-cü il təvəllüdlü Kənan Xubaliyevin qeyd edilən tarixdə aralarında olmuş mübahisə ilə əlaqədar Mirseyidəli Əliyevin yaşadığı evə gələrək həmin vaxt evin həyətində olan Mirseyidəli Əliyevə hücum edib, əvvəlcədən özü ilə gətirdiyi bıçaqla sonuncuya müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə, həmçinin həmin vaxt orada olan və cinayətin qarşısını almaqla ictimai borcunu yerinə yetirən Miralmas Əliyevə də bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Kənan Xubaliyev Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 126.2.2-ci maddələri (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər