Bakının Xəzər rayonunda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Məhkəməsinin qərarı ilə Mehman Mansoruvun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İttihama görə, bu ilin yanvarın 31-da 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hadisənin törədilməsində şübhəli bilinən 1990-cı il təvəllüdlü Mehman Mansurov saxlanılıb.
Mehman Mansurov zərərçəkmişin qonşusu olub.
Məlum olub ki, Mehman Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəmi müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən Mehman Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.
Belə ki, Taleh Allahyarov arvadından boşandıqdan sonra azyaşlı qızı Məryəm onun yanında qalıb. Teleh Allahyarov qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.
Taleh işə gedib-gəldiyi üçün uşağa baxa bilməyib. Bunun üçün də azyaşlını qonşuya veririb ki, işdən qayıdana kişi ona nəzarət etsinlər.
Axrıncı dəfə Taleh Mehmanla yanvarın 23-də danışıb. Mehman deyib ki, uşağı xalası qızına verib, 20 dəqiqəyə gətiriəcək.
Amma daha sonra nə qədər zəng etsəd də, Mehmanın telefonuna zəng çatmayıb.
Bundan sonra polisə axtarışa verib.
Cinayətin üstünün açılmasına gəlincə, Taleh Allahyarov meyiti tapılan quyunun yanından keçəndə qızının onun işində olmasından şübhəlinib.
Bu səbəbdən hüquq-mühafizə orqanlarına məlumat verib. Axtarış zamanı meyit quyudan çıxarılıb.
Bundan sonra Mehman Mansurov həbs edilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsi 126.3-ci ( qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq aparılır.