Sumqayıtda evdən 40 min ABŞ dolları və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də şəhər ərazisindəki evlərin birindən 40 min ABŞ dolları və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Kotec qəsəbə sakini Y.Meylamova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.