7 Fevral 2022 11:30
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - əvvəllər məhkum olunmuş Turan Əliyev saxlanlılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun əlində olan çantaya baxış zamanı yüksək təsiredici xassəyə malik 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb.

Araşdırma nəticəsində müəyyən edilib ki, Turan Əliyev Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib.

Turan Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun həmçinin Xırdalan şəhərində gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu da müəyyən edilib.

Sonuncu əməliyyatlar zamanı saxlanılan Turan Əliyevin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər