Fevralın 2-də Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə Qaraçuxur qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində “Chevrolet” markalı avtomobilin sürücüsünün 48 manat dəyərində yanacaq doldurduqdan sonra pulu ödəməyərək getməsi barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Hüseynov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.