Fevralın 8-i saat 12 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Cəlilabad rayon Prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanıqlı vəziyyətdə olan 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
***
14:50
Cəlilabadda məktəbdə şagirdi elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.
İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərayanı vurub.
Belə ki, həmin məktəbin 1-ci sinif şagirdi Zeynalov Hüseyn Yaşar oğlunu məktəbin həyətində elektrik cərayanı vurub.
Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.