10 Fevral 2022 16:52
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə silah, döyüş sursatları və partlayıcı vasitələrin aşkar olunaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Xocavənd rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Zoğalbulaq kəndi ərazisindəki tərk edilmiş hərbi mövqedən erməni ordusuna məxsus atəşə yararlı top mərmiləri aşkar edilib.

Aşkar edilən 11 mərmi və minaatan mərmilərinin istifadəsi üçün nəzərdə tutulan 1 sandıq barıt atımı aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər