13 Fevral 2022 14:27
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon polis şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Astara rayon Pensər kənd sakini F.Əliyev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Ondan qanunsuz olaraq ovladığı çöl quşları və 1ədəd ov tüfəngi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən həmçinin, rayonun Pəlikeş kənd sakini Ş.Vahabovdan isə qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər