13 Fevral 2022 22:27
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz şəhərində qadın bıçaq xəsarəti alıb.

Teleqraf.com xəbər verir ki, hadisə Məmməd Zeynalov küçəsində olan mənzillərin birində qeydə alınıb. Rayon sakini, 1978-ci il təvəllüdlü E.Balayeva kəsici ailətlə qarnından xəsarət alıb.

Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib, onun vəziyyəti kafi qiymətləndirilir.

Qadının sözlərinə görə, o, özü özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər