14 Fevral 2022 16:18
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində qadın qohumunun evindən 20 min manatlıq qızıl oğurlayıb.

Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-dən 12-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, Qazax rayon sakini N.Binnətova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər