Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə fevralın 14-də Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əliyevin idarə etdiyi “Fiat” markalı avtomobildə sərnişin qismində olan 2 nəfərin onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.