17 Fevral 2022 11:22
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Abşeron rayon Polis İdarəsinin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Barəsində 17 noyabr 2017-ci ildə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

N.Kərimov 13 yanvar 2022-ci ildə Ukraynada müəyyən edilərək saxlanılıb.

17 fevral 2022-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər