Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsgər Əliyev müəyyən edilərək saxlanılıb.
Əsgər Əliyev yanvarın 19-da metronun “Nizami” stansiyasında qatarda bir qadının cibindən içərisində pulu, bank kartı və sənədləri olan pulqabısını, fevralın 14-də isə “28 May” stansiyasında qatara daxil olan zaman digər bir qadının gödəkçəsinin cibindən “Samsung A10” markalı mobil telefonunu oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.