21 Noyabr 2014 14:35
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Tahir Süleymanov, Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 60-cı illik sessiyasında iştirak etmək üçün Niderlanda səfər ediblər.

Haaqa şəhərində qurumun illik sessiyası ilə bərabər Siyasi, İqtisadiyyat, Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək.

Toplantılarda Avropa enerji təhlükəsizliyi, Cənubi Qafqaz dəhlizi, Əfqanıstanda siyasi keçid dövrünün problemləri, Ukraynada geostrateji vəziyyət, bu ölkənin suverenliyinə dəstək, Suriyada və Aralıq dənizi hövzəsində qaçqın böhranının regional təsirləri, terrorçuluqla mübarizə, transatlantik ticarət və sərmayə tərəfdaşlığı üzrə qətnamə layihələri müzakirə olunacaq.


Deputatlarımız müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.

Nemət


Müəllif:

Oxşar xəbərlər