17 Fevral 2022 16:57
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertizanin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.

***

16:29

Qusarda evdən bir ailənin 5 üzvünün meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün baş verib.

Ailə üzvləri olan 5 nəfərin meyitləri mənzildə aşkar edilib. İlkin ehtimala görə, onlar dəm qazından boğulub.

Hazırda ekspertiza təyin edilir. Məlumata görə, onlar dünən axşam saatlarında boğulublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər