20 Fevral 2022 11:12
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə ittiham olunan Akif Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Akif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham elan eidlib.

Bu maddə ilə mühakimə olunan şəxsin əməli məhkəmə tərəfindən sübuta yetirilsə, o zaman həmin şəxsi beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər