“Bəzi media qurumları tərəfindən Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan E.Yusibovun zədə alması nəticəsində vəfat etməsi ilə bağlı informasiyalar ictimailəşdirilib”.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Yayılmış həmin informasiyalarla bağlı bildiririk ki, fevralın 23-də gecə saat 03 radələrində 1982-ci il təvəllüdlü Elçin Yusibov iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb, göstərilmiş tibbi yardımlara baxmayaraq, “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilib.
Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir.