Bakının Suraxanı rayonunda ağır qəza törətməkdə təqsirli bilinən 1972-ci il təvəllüdlü Hümbət Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 7-nə təyin olunub.
Qeyd edək ki, Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1960-cı il təvəllüdlü Raya Əhmədova, 1963-cü il təvəllüdlü Sahibə Əhmədova, 1976-cı il təvəllüdlü Aynur Babayeva, 1972-ci il təvəllüdlü Hümbət Babayev, 1968-ci il təvəllüdlü Sevda Mirzəyeva, 1992-ci il təvəllüdlü Orxan Nəsibov və 1966-cı il təvəllüdlü Talıb Nəsibov xəsarət alıblar. Avtomobildə olanlardan biri isə hadisə yerindəcə dünyasını dəyişib.
Araşdırma zamanı yol qəzasının baş verməsində sürücü Hümbət Babayev təqsirli bilinib. Onun barəsində cinayət işi başlanıb.