Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Daxil olmuş məlumat əsasında rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Vasif Musazadə sərnişini olduğu avtomobildə saxlanılıb.
Avtomobilə baxış keçirilən zaman onun əyləşdiyi ön oturacağın alt hissəsindən sellofan torbalarda qablaşdırılmış 2 kiloqram 360 qram tiryək, 1 kiloqram 970 qram heroin və 29 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Cəbrayıl rayon polis şöbəsində cinayət işi başlanılıb.
V.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.