Bakının Binəqədi rayonunda bağ evləri qarət olunub.
Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Görədil bağları massivində qeydə alınıb.
Paytaxt sakini Anar Mahmudov Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət edərək bağ evindən oğurluq edildiyini bildirib.
Aparılan araşdırılma nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvələr məhkum olunmuş Vasif Ağayev saxlanılıb.
Onun daha 19 oğurluq faktının üstü açılıb.
Faktla bağlı araşdırma davam etdirilir.