7 May 2014 11:32
4 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş konsul Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinın səlahiyyətlərini icra edir

Mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Elşad İskəndərovu hazırda Səyyad Aran əvəz edir.

Teleqraf.com xəbər verir ki, Komitə sədrinin müavini olmuş S.Aran hazırda sədrin səlahiyyətlərini icra edir. Mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabana gələn millət vəkilləri S.Aranı təbrik ediblər.

O, müxbirimizə deyib ki, sadəcə, sədrin səlahiyyətlərini icra edir, təbriklər də məhz buna görə ünvanlanır.

O, Komitə sədri vəzifəsinə kimin təyin olunacağı barədə məlumatının olmadığını söyləyib.

Ruslan


Müəllif: