7 May 2014 12:12
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mustafa Cəmilovu qarşılamaq üçün sərhədə gedən tatarları 300 dollar cərimə edirlər”

Krımın Rusiyaya birləşdirilməsindən sonra Ukraynada vəziyyət daha da gərginləşdi. Hazırda Krımda olan siyasətçi Ülvi Həkimov Teleqraf.com-a açıqlamasında Ukraynadakı, eləcə də Krımdakı proseslərdən danışıb.

Həkimov deyib ki, Krımda nisbi sakitlikdir: “Hazırda 9 May Qələbə Bayramına hazırlaşırlar. Burda gəzən söz-söhbətlərə görə, Rusiya prezidenti Vladimr Putin və baş nazir Dmtri Medvedev mayın 9-da Krıma gələcək. Dünən gün ərzində burada hərbi məşqlər keçirilib, Rusiya təyyarələri Krım hava məkanında məşq ediblər. Hazırda sabitlik və sakitlik hökm sürür. Mayın 3-də Krım Tatar Məclisinin sədri Mustafa Cəmilov Krıma gəlmək istəyirdi. Tatar xalqının bayramı var, amma onu qeyd etməyə imkan vermədilər. Daha doğrusu, Mustafa Cəmilovun Krıma buraxılmaması səbəbindən tatarlar öz bayramlarını qeyd etməkdən imtina elədi. Üstəlik də Mustafa Cəmilovu qarşılamaq məqsədilə 3 minə yaxın tatar sərhədə getdi. Ancaq buna baxmayaraq, Mustafa Cəmilovu Krıma buraxmadılar. Bundan sonra Krım Prokurorluğu tatarlara qarşı təzyiqlərə başladı. Belə ki, Mustafa Cəmilovu qarşılamaq məqsədilə sərhəddə gedən tatarları prokurorluğa dəvət edərək hər birini 10 min rubl (300 dollar) cərimə edirlər. Eləcə də Krım Tatar Məclisinin sədri Rüfət Çubarova xəbərdarlıq edilib. Ona həbs edilə biləcəyinə dair hədə-qorxu gəlinib. Prokurorluq bütün bunları təxribat və ekstremizm kimi qiymətləndirib. Üstəlik Krım Tatar Məclisinin bir üzvünə ciddi təzyiq edilib. Belə ki, Krımda "özünümüdafiə dəstəsi" adlandırılan bir qrup fəaliyyət göstərir, amma onların səlahiyyətinin nədən ibarət olduğu bilinmir. Ancaq deyilənə görə, onlar Krımın baş naziri Aksiomova bağlı qüvvələrdir. Həmin dəstənin üzvləri Krım Tatar Məclisinin üzvlərini yolda saxlayırlar. Tatarlar da deyirlər ki, siz kimsiniz, buranın polisi var. Belə qarşıdurmaları və insidentləri çıxmaq şərti ilə ümumilikdə sakitlikdir”.

Nemət


Müəllif: