10 Mart 2022 12:20
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonu Qala qəsəbəsi ərazisində telefon-rabitə xətti naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb.

Teleqraf.com xəbər verir ki, müvafiq qurumdan Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edilərək ümumilikdə 220 metr naqilin oğurlandığı barədə məlumat verilib.

Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı telefon-rabitə xəttini oğurlanmaqda şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkar edilib. Naqilin qalan hissəsini isə o, əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.

Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib. Fərahim Əliyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər