7 May 2014 13:09
2 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən “Atropatena” Qapalı Səhmdar Cəmiyyətinin mühasibi Seymur Musayev və şirkətin əməkdaşları – Emil Əfəndiyev, Orxan İbrahimov, Nuqzar Ömərov, Ruslan Vəliyev, Natiq Yusifov, Ramil Feyziyev, Müşfiq Əzməmmədov, Zamiq Rüstəmov, Həsən Gülverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Ittiham aktında qeyd olunub ki, Zamiq Rüstəmov “Atropatena” şirkətinin audit şöbəsinin mühasibi Seymur Musayevlə cinayət əlaqəsinə girib. Onlar şirkətə məxsus küllü miqdarda özgənin əmlakını talayıblar.

Belə ki, satış nümayəndələri pulları onlara həvalə edilmiş ərazilərdə yerləşən ticarət obyektlərindən toplayıblar. Onlar topladıqları pulların bir hissəsini şirkətə ödəyib, qalan hissəsini isə auditorlar öz aralarında bölüşdürüblər.

Seymur Musayev vəzifə saxtakarlığı törətməklə “Atropatena” QSC-nin mərkəzləşdirilmiş “Netsis” hesablama-nəzarət mühasibatlıq proqramına daxili olub və həmin proqramın imkanlarından istifadə etmək hüquqlarına malik olan şəxs kimi satış nümayəndələrinin hesabları silməyi təşkil edib. Bununla da şirkətə 4.191.634.2 manat dəyərində pulu mənimsəyiblər.

Hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Seymur Musayev 12 il 6 ay, Nuqzar Ömərov 10 il, Orxan İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan digər təqsirləndirilən şəxslər şərti cəza alıblar.

Hacı Zeynalov


Müəllif: