Qax rayon sakini işlədiyi binadan yıxılaraq ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Rusiyanın Dağıstan Respublikasında baş verib.
Qax rayon Qum kənd sakini, 1988-ci il təvəllüdlü Səid Əmrullah oğlu Əmirov Dağıstan Respublikasında usta kimi işlədiyi hündürmərtəbəli binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.
34 yaşlı S. Əmirovun nəşi doğulduğu Qax rayonuna gətirilərək Qum kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Səid Əmirov uzun müddət Dağıstanda usta kimi çalışmırmış. O, subay olub.