14 Mart 2022 11:10
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş şəhər sakini İbrahim Əhmədov tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə baxış zamanı 1 kiloqrama yaxın heroin və elektron tərəzi aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, İbrahim Əhmədov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub.

Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbrahim Əhmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.


Müəllif: Hacı Zeynalov