14 Mart 2022 11:25
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək istəməsini bildirib.

Teleqraf.com xəbər verir ki, dərhal Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Sumqayıt şəhər sakinləri Ə.Ağazadə və R.Cəfərovanın olduqları yer müəyyən edilib, saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Polis əməkdaşları tərəfindən onların narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub və barələrində İnzibat Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilib.

Quba rayon Məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunub, R.Cəfərova isə 400 manat məbləğdə cərimələnib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər