14 Mart 2022 14:34
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "London Taxi"nin vurduğu piyada xəstəxanada ölüb.

Teleqraf.com xəbər verir ki, martın 13-də saat 22 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində R.Qəhrəmanov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolun kənarında piyada paytaxt sakinləri Nurlan Hümbətovu vurub, sonra orada dayanmış “Mitsubishi” markalı avtomobillə çarpılıb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov