Bakıda avtomobil küçədə yandırılıb.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə paytaxtın Səbail rayonunda baş verilb.
Səbail RPİ-nin 8-ci Polis Bölməsinə martın 20-nə keçən gecə A.İsmayılov küçəsində Bakı şəhər sakini M.Hüseynova məxsus “Tofaş” markalı avtomobilin mühərrik və şit hisssəsinin yandırılması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Saatlı rayon sakini S.Məlikov saxlanılıb.
Araşdırma aparılır.