Neftçala rayonunda bir nəfər intihara cəhd edib.
Teleqraf.com xəbər verir ki, martın 26-da saat 19 radələrində Neftçala şəhərində Bankə qəsəbə sakini F.Əliyev neftlə özünü yandırmağa cəhd göstərib.
Cəhdin qarşısı ərazidə xidmət aparan Baş Mühafizə İdarəsinin Salyan rayon mühafizə şöbəsinin əməkdaşları tərəfindən alınıb və o, Neftçala rayon polis şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.