24 Noyabr 2014 17:34
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubad İbadoğlunu dəstəkləyən Tural Abbaslı Arif Hacılı ilə danışıqlara getdi

Bir saat əvvəl Müsavat Partiyasının başqanı Arif Hacılı başqanlığa sabiq namizəd Tural Abbaslı ilə görüşərək müzakirələr aparıb.

Teleqraf.com-un xəbərinə görə, müzakirələr əsasən, partiya daxilində yaranan durum, narazıların fəaliyyəti, partiyada azlığın səsinin eşidilməsi, onların idarəçilik prosesində iştirakı və digər məsələlər ətrafında olub. Başqan Arif Hacılı bu faktı təsdiqləyib və özü də sosial şəbəkələrdə bildirib ki, Tural Abbaslı ilə görüşü səmərəli keçib.

Qeyd edək ki, qurultaydan sonra Tural Abbaslı daha çox Qubad İbadoğlu ilə eyni mövqedən çıxış edirdi, partiya daxilində fraksiya yaratmaq ideyası da ona məxsus idi. İndi görünən budur ki, 23 noyabr müşavirəsindən sonra Hacılı narazıları bölmək məqsədilə gedişlər edir, sabiq namizədlərin bir yerdə ona qarşı mübarizə aparmasının qarşısını alır. Arif Hacılı narazıların bir qismini özünə tərəf çəkə bilsə, yerdə qalanlarına qarşı sərt münasibət ifadə edəcəyi və onları cəzalandıracağı şübhə doğurmur. Bu görüşdən sonra Qubad İbadoğlu və tərəfdarlarının Tural Abbaslıya hansı münasibət bəsləyəcəyi də maraqlı olacaq.

Cavidan


Müəllif:

Oxşar xəbərlər