Bakıda motosiklet piyadanı vurub, sürücü ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə martın 29-da saat 23 radələrində Nəsimi rayonu ərazisində qeydə alınıb.
Paytaxt sakini Gündüz İmanov idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən paytaxt sakini M.Məmmədlini vurub və idarəetməni itirərək yolun kənarındakı məhəccərlərə dəyişib.
Nəticədə G.İmanov hadisə yerində ölüb, sərnişini və piyada xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.