Noyabrın 28-də Avropa Komissiyasının vitse-prezidenti, enerji məsələləri üzrə komissar Maroş Şevçoviç Azərbaycana gələcək. Bu barədə Teleqraf.com-a Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Məlumata görə, səfərin əsas məqsədi Cənub Qaz Dəhlizi ilə bağlı müzakirə aparılmasıdır. M.Şevçoviç noyabrın 26-da Qazaxıstana, daha sonra isə Azərbaycana səfər edəcək. Onun Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Səxavət