1 Aprel 2022 11:42
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı sakinindən avtomat və ona aid sursat aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Xızı rayon polis şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Heybət Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülüb. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xızı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə H.Heybətov barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov