2 Aprel 2022 15:58
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dispanserdə həkimin otağından oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də və 14-də rayon ərazisindəki dispanserlərin birində həkimlərin otaqlarından noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Nəsirli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov