2 Aprel 2022 14:41
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt sakininin bank hesabından 2010 manat oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə martın 27-də şəhər sakini S.İbadovun bank hesabından 2010 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini E.Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov