4 Aprel 2022 10:21
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elman Qaraxanov saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda - yəni, ümumi çəkisi yarım kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov