4 Aprel 2022 10:42
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Anar Xanzadə Şirvan şəhəri ərazisində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin, eləcə də 81 ədəd saxta 100 dollarlıq və 15 ədəd saxta 100 manatlıq əskinaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov