6 Aprel 2022 17:56
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun Qoşakənd kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 15 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 48 m² olan talvarın altına yığılan 3 ton ot bağlamasının 60 kiloqramı yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, ot bağlamalarının qalan hissəsi və talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com