8 Aprel 2022 10:59
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda baş verən oğurluq hadisələrinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Maştağa qəsəbəsi ərazisindəki 4 evdən pul, 15000 manat dəyərində 5 ədəd qapı, 14 ədəd xalça, kombi, radiator, su qızdırıcısı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov